🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lalə Şövkətin bacısı oğlu vəfat edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş sədri və sabiq dövlət katibi Lalə Şövkətə ağır itki üz verib.

 Lalə Şövkətin bacısı oğlu, 50 yaşlı Ülvi Adil oğlu Sadıxov vəfat edib.

Məlumata görə, Ü.Sadıxov insult nəticəsində dünyasını dəyişib. O, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş və subay idi.

Mərhum Bakıda dəfn olunub.