Azərbaycan.media xəbər verir ki, yanvarın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti iclası keçirilib.
İclasda gündəlikdəki məsələlərlə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyən şəxslərin siyahısı müzakirə olunub. Xəyal Rza bildirib ki, qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər.
“Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib. Qərara alınıb ki, ‘Ədəbiyyat qəzeti’ndə sonuncu dəfə xəbərdarlıq edilsin. Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin üzvlüyündən xaric olsunlar.
