🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Masallıda pasiyent əməliyyat zamanı dünyasını dəyişib

Azərbaycan.media xəbər verir ki, yanvarın 7-də Masallı Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat zamanı bir pasiyent ölüb.

 Mollahəsənli kənd sakini, 1992-ci il təvəllüdlü Nəriman Bağırzadə halsızlıq və soyuqdəymə şikayətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilib. Ona ilkin olaraq dəqiqləşdirilməmiş hipotenziya diaqnozu qoyulub və dərhal tibbi yardım göstərilib.

İnstrumental müayinələr nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye aşkarlanıb və o dərhal əməliyyat blokuna alınıb. Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin çoxsaylı cırılmış yaraları, sol böyrəyin qopması və qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst qan müəyyən edilib.

Aparılan reanimasia tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq, yanvarın 7-si saat 16:40 radələrində Nəriman Bağırzadənin bioloji ölümü qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.