🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev dövlətə məxsus bank və kredit təşkilatlarının idarə edilməsinə dair fərmanda dəyişiklik edib

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli fərmanda dəyişiklik edib və yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkili və ləğvinə yalnız prezident qərar verəcək.

Həmçinin İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının nizamnaməsinin təsdiqini, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini prezidentlə razılaşdırmalıdır.