Azərbaycan.media xəbər verir ki, Bakıda yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz olacağı, bəzi rayonlarda qar yağacağı gözlənilir. Bu barədə saytımıza Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam isə mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3–6°, gündüz 10–15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80–90%, gündüz 60–70% təşkil edəcək.
Azərbaycanın rayonlarında isə səhər saatlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağıntıların intensivləşməsi ehtimalı var, bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə -1° şaxtadan 4°-yə qədər, gündüz isə mülayim olacaq.
