🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Reper Elşad Xose 15 sutkalıq inzibati həbs edilib

Azərbaycan.media xəbər verir ki, məşhur reper Elşad Xose inzibati qaydada həbs olunub.

 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Buna səbəb Elşad Xosenin Yasamal rayonu Şıxəli Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.

Reper barəsində verilmiş qərardan apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədə o, ailəli və ictimai xadim olduğunu, həmçinin müalicə aldığını bildirərək həbsdən azad olunmasını xahiş edib.

Lakin Bakı Apellyasiya Məhkəməsi Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib və inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarı qüvvədə saxlayıb.