🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Livan ordusu ölkənin cənubunda silahlara nəzarətin bərpa edildiyini açıqlayıb

Azərbaycan.media xəbər verir ki, Livan ordusu ölkənin cənubunda silahlara nəzarəti tam şəkildə ələ keçirdiyini bəyan edib.

Ordudan nəzarətin bərpa olunmasına baxmayaraq, bölgədə partlamamış sursatların və tunellərin təmizlənməsi istiqamətində hələ də görüləsi çox işin qaldığı vurğulanıb.

Livan ordusunun açıqlamasında qeyd olunub ki, İsrailin nəzarəti altında olan ərazilər istisna olmaqla, ölkənin cənubunda silahlara nəzarət tam bərqərar edilib.

Məlumatda Hizbullahın adı birbaşa çəkilməsə də, Livanın cənubunda bu qruplaşmaya məxsus hərbi texnikanın mövcudluğu məlumdur.

Qeyd edək ki, Livan ordusu ötən ilin sonunadək İsraillə sərhəd bölgələrində ordunun nəzarətində olmayan hərbi texnikanın ərazidən çıxarılacağını elan etmişdi.

Livanın təhlükəsizlik mənbələri “Reuters”ə bildiriblər ki, bundan sonra heç bir təşkilat və ya qruplaşma Livanın cənub ərazisindən hücumlar həyata keçirə bilməyəcək.

Xatırladaq ki, ABŞ və İsrail Livan hökumətindən Hizbullahın tərksilah olunmasını tələb etsə də, rəsmi Beyrut indiyədək bu məsələdə tam nəticə əldə edə bilməyib.