🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Krasnovodsk–Bakı bərəsində törədilən terror aktından 34 il ötür

Azərbaycan.media xəbər verir ki, bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli terror aktından 34 il keçir.

Söhbət Türkmənistandan Krasnovodsk–Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində baş verən terror hadisəsindən gedir.

Modern.az-ın məlumatına görə, 1992-ci il yanvarın 8-də ermənilər tərəfindən törədilən terror aktı nəticəsində 25 nəfər qətlə yetirilib.

Faciə zamanı daha 88 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə azərbaycanlılara qarşı həyata keçirilən terror və zorakılıq siyasətinin növbəti qanlı səhifələrindən biri kimi tarixə düşüb.