Azərbaycan.media xəbər verir ki, yanvarın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində yanğının 1960-cı il təvəllüdlü F. Abbasov tərəfindən törədildiyi müəyyən olunub.
Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
