🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin “APA-Economics”ə verdiyi məlumata görə, yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xırdalan şəhərinin Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, eləcə də Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Məlumatda qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra göstərilən ərazilər elektrik enerjisi ilə normal rejimdə təmin ediləcək.