🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Azərbaycan.media xəbər verir ki, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə ötən gün saat 07:00 radələrində Böyükşor yolunda baş verib. 1994-cü il təvəllüdlü Səlim Əliyevin idarə etdiyi “Mercedes Benz E400” markalı avtomobil yolu keçən qadını vurub.

Ağır xəsarətlər alan 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulova Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, hazırda istintaq tədbirləri davam etdirilir.