🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp və Starmer telefon danışığında Qrenlandiya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə Böyük Britaniyanın baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

Bu barədə Starmerin ofisi məlumat yayıb.

Telefon danışığı zamanı ABŞ tərəfindən ələ keçirilən iki neft tankeri, Qrenlandiya və Venesueladakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatda qeyd olunur ki, tərəflər sanksiyaların ləğvinə qarşı birgə səylər çərçivəsində “Bella 1” tankerinin ələ keçirilməsi üzrə həyata keçirilən birgə əməliyyatı, Ukraynada son hərbi-siyasi irəliləyişləri, eləcə də ABŞ-ın Venesueladakı əməliyyatını müzakirə ediblər. Baş nazir Kir Starmer, həmçinin Qrenlandiya ilə bağlı Böyük Britaniyanın mövqeyini diqqətə çatdırıb.