Azərbaycan.media xəbər verir ki, İsrailin MOSSAD milli kəşfiyyat xidməti Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı səsləndirdiyi bəyanatı yayıb.
Məlumata görə, bəyanat MOSSAD-ın rəsmi X (keçmiş Twitter) səhifəsində dərc olunub. Paylaşımda vurğulanır ki, Azərbaycan silahlı qüvvələrini ölkə hüdudlarından kənara, o cümlədən Qəzza bölgəsinə göndərmək niyyətində deyil və heç bir beynəlxalq sülhməramlı missiyada iştirak etməyi planlaşdırmır.
Bəyanatda həmçinin qeyd olunub ki, Bakı Tramp administrasiyası ilə danışıqların aparıldığını təsdiqləsə də, bu prosesin sülhməramlı qüvvələrdə iştirak anlamına gəlmədiyini açıq şəkildə bəyan edib:
“Bakı Tramp administrasiyası ilə danışıqları təsdiqlədi, lakin aydın şəkildə bildirdi: sülhməramlı qüvvələrdə iştirak nəzərdə tutulmur”.
