🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı – Bakıda və bölgələrdə əsasən yağmursuz hava gözlənilir
Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi ərazilərdə arabir duman müşahidə olunacaq. Şimal-qərb küləyi səhər saatlarından etibarən mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 2–4 dərəcə isti, gündüz isə 8–12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək olaraq 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə saatlarında 80–90 faiz, gündüz isə 65–70 faiz olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək. Gecə saatlarında temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11–16 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0–5 dərəcə şaxta, gündüz saatlarında 5–10 dərəcə isti proqnozlaşdırılır.