🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstanda toy mərasimində qanlı insident: 1 nəfər ölüb, 4 nəfər ağır yaralanıb

Azərbaycan.media xəbər verir ki, Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə faciə ilə nəticələnib. Azərbaycan.media-nın Aktual.ge-yə istinadən məlumatına görə, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra yaxınlıqdakı kafedə davam edib.
Məlumata əsasən, Fail Əliyev və Aydın Məmmədov arasında yaranan mübahisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib. Bundan sonra A.Məmmədovun övladları F.Əliyevin evinə hücum ediblər. Qarşıdurma zamanı Fail Əliyevin oğlu üç nəfərə bıçaqla xəsarət yetirib.
Hadisə yerindən uzaqlaşmağa çalışan xəsarət alan şəxslər avtomobillə Fail Əliyevin üzərindən keçiblər. Nəticədə o, hadisə yerində həyatını itirib. Digər yaralılar isə Rustavi şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb, hazırda istintaq tədbirləri davam etdirilir.