Azərbaycan.media xəbər verir ki, ABŞ administrasiyası Venesueladan neft hasilatının artırılması müqabilində bir sıra ciddi siyasi və iqtisadi tələblər irəli sürüb.
Məlumata görə, Vaşinqton Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqesə təqdim etdiyi şərtlər paketində Karakasın Rusiya, İran, Çin və Kuba ilə iqtisadi əməkdaşlığı dayandırmasını tələb edir.
Tələblərə əsasən, Venesuela neft sektorunda ABŞ-la eksklüziv əməkdaşlığa razılıq verməli, hasilatın artırılması və ixracın əsasən Amerika bazarına yönəldilməsi istiqamətində öhdəlik götürməlidir.
Qeyd edilir ki, ABŞ bu addımı Venesuelanın enerji sektorunu yenidən formalaşdırmaq və ölkənin xarici siyasət kursuna təsir göstərmək məqsədi ilə atır. Məsələ ilə bağlı Karakasın rəsmi mövqeyi hələlik açıqlanmayıb.
