Azərbaycan.media xəbər verir ki, Bakıda bir sıra əsas küçə və prospektlərdə nəqliyyat sıxlığı müşahidə olunur.
Məlumata görə, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
-
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;
-
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Koroğlu Rəhimov küçəsi – akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
-
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
-
Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
-
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
Mirzə Qədim İrəvani küçəsi – Koroğlu Rəhimov küçəsi istiqamətində.
NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edir.
