Azərbaycan.media xəbər verir ki, yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2–4 dərəcə isti, gündüz isə 9–12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11–16 dərəcə isti təşkil edəcək. Dağlıq rayonlarda isə gecə 3–8 dərəcə şaxta, gündüz 5–10 dərəcə isti gözlənilir.
Qeyd olunur ki, gecə saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
