Azərbaycan.media xəbər verir ki, Gədəbəy rayonunda fermada kişi meyiti aşkarlanıb. Hadisə yanvarın 4-də rayonun Novo Saratovka kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1960-cı il təvəllüdlü Aleksandr Dmitriyevin üzərində hər hansı zorakılıq əlamətləri müşahidə olunmayan meyiti işlədiyi fermada tapılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
