Azərbaycan.media xəbər verir ki, “Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğv prosesi yekun mərhələyə çatıb. Bu barədə şirkətin özündən məlumat verilib.
Bildirilib ki, sığorta şirkətinin bütün öhdəliklərinin icrası tam şəkildə başa çatdırılıb. Bununla əlaqədar olaraq, fevralın 2-də “Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv edilməsi və bu prosesdən irəli gələn məsələlərin müzakirəsi və həlli daxil edilib.
Xatırladaq ki, “Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir. ASC-nin qanuni təmsilçisi Hacıyev Aftandil Əsgər oğludur.
