🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2026-cı ilin martında Azərbaycanda 11 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin mart ayında rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar ölkədə ümumilikdə 13 qeyri-iş günü nəzərdə tutulur.

Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 9 mart da qeyri-iş günü hesab ediləcək.

Bununla yanaşı, Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında uzunmüddətli istirahət günləri olacaq. Belə ki, 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramı günləri kimi qeyri-iş günü elan edilib. Novruzun əsas günlərindən olan 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə düşdüyündən, 25 və 26 mart tarixləri də əlavə istirahət günləri müəyyən edilib.

Ramazan bayramının 20 və 21 mart tarixlərinin Novruz bayramı günləri ilə üst-üstə düşməsi səbəbindən isə 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq. Bundan əlavə, 28 və 29 mart tarixləri həftəsonuna — şənbə və bazar günlərinə təsadüf edir.

Nəticədə, 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günləri siyahısına daxil edilir.

Beləliklə, 2026-cı ilin mart ayında 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.