Azərbaycan.media xəbər verir ki, yanvarın 5-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformator üzərində təmir işləri aparılacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə tədbirləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Biləsuvar şəhərinin bir hissəsində, eləcə də rayonun Ağayrı, Aşağı Cürəli, Bəydili, Çaylı, Dərvişli, Əliabad, Əsgərabad, Xırmandalı, Yuxarı Cürəli və Zəhmətabad kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 35 kV-luq “Hirkan” hava xəttində də təmir işləri görüləcək. Bu səbəbdən saat 10:00-dan 12:00-dək Gərmətük və Hirkan qəsəbələrində, eləcə də Kosalar, Siyavar və Vel kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Qeyd edilib ki, təmir və gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
