🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Karakas hücumu zamanı azı 40 nəfər həlak olub

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Venesuelaya endirdiyi zərbələr nəticəsində əsgərlər və mülki şəxslər də daxil olmaqla ən azı 40 nəfər həyatını itirib.

Bu barədə “Nyu York Tayms” qəzeti Venesuela rəsmilərinə istinadla məlumat yayıb. Bildirilir ki, ölənlər arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə yanaşı, mülki şəxslər də var. Hadisə nəticəsində yaralananların sayı və dağıntıların miqyası ilə bağlı dəqiq məlumat verilməyib.

Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Eyni zamanda xüsusi təyinatlı qüvvələr tərəfindən ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-a aparılıb. Hadisə Venesuelada və beynəlxalq aləmdə ciddi rezonans doğurub.