Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir, bəzi yerlərdə isə külək müşahidə olunur.
Xidmətdən bildirilib ki, bir sıra bölgələrdə cənub-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Goranboyda 19 m/s, Naftalan və Xızıda 18 m/s, Qobustanda isə 16 m/s-dək güclənib.
Məlumata görə, ölkənin dağlıq və dağətəyi ərazilərində qar örtüyü tədricən əriməkdədir. Hazırda qar örtüyünün hündürlüyü Şahbuzda 48 sm, Qaxda 34 sm, Qusarda 25 sm, Lerikdə 20 sm, Xınalıqda 19 sm, Yardımlıda 15 sm, Gədəbəydə 14 sm, Şahdağda 10 sm, Daşkəsəndə 9 sm təşkil edir.
Eyni zamanda Quba, Altıağac, Sədərək və Şəkidə qarın hündürlüyü 6 sm, Qəbələdə 3 sm, Şərur, Ordubad və Qobustanda isə 2 sm qeydə alınıb.
