Azərbaycan.media xəbər verir ki, xizəkçi Mikael Mikaelyan “Tour de Ski” yarışları zamanı kostyumunun üzərində turnirin sponsoruna aid “Azərbaycan” yazısını lentlə bağladığına görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. “Tour de Ski” turniri çərçivəsində xizəkçilərin kostyumlarında Azərbaycanın reklamı yer alıb, eyni zamanda yarışların keçirildiyi arenalarda ölkənin adını əks etdirən iri reklam lövhələri quraşdırılıb.
Qeyd edək ki, ötən ilin may ayında FIS ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında 5 il müddətinə sponsorluq sazişi imzalanıb.
