Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Meksikadakı vəziyyətlə bağlı sərt açıqlamalar verib.
Tramp bildirib ki, faktiki olaraq Meksikanı ölkə prezidenti Klaudiya Şeynbaum deyil, narkokartellər idarə edir. Onun sözlərinə görə, bu vəziyyət ABŞ üçün ciddi təhlükə yaradır.
“Buna görə də nəsə etməliyik. Biz narkotiklər üzündən uduzmuşuq, onlar cənub sərhədindən keçərək ölkəmizə daxil olur. Meksika ilə bağlı mütləq tədbirlər görülməlidir”, – ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, Tramp administrasiyası dövründə Meksika ilə sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı məsələləri Vaşinqtonun əsas prioritetlərindən biri olub.
Oxundu: 46
