🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Leyla Əliyeva Qusarın Hil kənd məscidini ziyarət edib

Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Qusar rayonunun Hil kənd məscidinə baş çəkib.

O, ziyarəti ilə bağlı İnstagram hesabında paylaşım edib.

Leyla Əliyeva yazıb:

“Qusar rayonunun Hil kənd Məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Çay daşı və çiy kərpicdən tikilən məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib. Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır.”