Azərbaycan.media xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən avtotəmir sexində ölüm hadisəsi baş verib.
1961-ci il təvəllüdlü Məhəmməd Qasımov işlədiyi zaman avtomobil təmir edərkən halı qəfil pisləşib və hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırmalar aparılır.
Oxundu: 44
