🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qubada avtomobil qəzaya düşdü: bir ailənin 3 üzvü xəsarət aldı

Azərbaycan.media xəbər verir ki, Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 “KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin 3 üzvü — sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.