Azərbaycan.media xəbər verir ki, Bakının Zığ dairəsi–Hava Limanı avtomobil yolunda tətbiq edilən müvəqqəti sürət məhdudiyyəti aradan qaldırılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq həmin yolda bəzi zolaqlar üzrə 20 km/saatadək endirilmiş sürət həddi bərpa olunaraq əvvəlki səviyyəsinə qaytarılıb.
Qeyd olunub ki, hazırda sözügedən yol sahəsində nəqliyyatın hərəkəti normal rejimdə davam edir.
Oxundu: 34
