Azərbaycan.media xəbər verir ki, Bakıda avtotəmir sexlərindən birində ölüm hadisəsi baş verib.
Yanvarın 2-si saat 13:00 radələrində paytaxt sakini, 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov işlədiyi Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində yerləşən avtotəmir sexində qəfil dünyasını dəyişib.
Məlumata görə, M.Qasımovun ölümünə infarkt səbəb olub.
Faktla bağlı araşdırmalar aparılır.
