Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bütün ölkələr üzrə Həcc missiyalarından qeydiyyat prosedurlarının erkən mərhələdə tamamlanmasını ciddi şəkildə tələb edir.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangirinin sözlərinə görə, Ramazan ayının 1-dən Həcc ziyarəti üçün vizaların verilməsi prosesinə başlanacaq və bu mərhələ təxminən bir ay yarım ərzində yekunlaşdırılacaq.
O bildirib ki, Həcc ziyarətinə getmək niyyətində olan vətəndaşlar vaxt itirmədən müvafiq sənədlərlə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Qeyd olunub ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq, sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixində tamamilə dayandırılacaq.
Oxundu: 39
