Azərbaycan.media xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib. Axşam.az-ın məlumatına görə, muzeyin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova yanvarın 1-i 57 yaşında vəfat edib.
Qeyd edək ki, A.Abasova muzey sahəsində peşəkar fəaliyyətinə görə 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
