🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Natavan Həbibi: Dado oğluna görə tez-tez bizdə qalır, əsas gəlirim biznesimdəndir

Azərbaycan.media xəbər verir ki, müğənni Natavan Həbibi “Qonaqcanlı” verilişində keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) haqqında danışıb. Sənətçi bildirib ki, Dado oğluna görə tez-tez onlarda qalır:

“Səid bizə tez-tez gəlir, Zeydlə 5-6 gün bir yerdə qalırlar. Öz dövlətləri var, onlara qarışmırıq. Ailəsi də özəl günlərdə yanımızdadırlar. Səid və oğlum dostdur. Hətta bağ evləri bizim yaxınımızdadır, demək olar ki, qonşuyuq.”

Natavan Həbibi şəxsi biznesindən də danışıb. O qeyd edib ki, əsas gəlir mənbəyi sənət deyil, ticarət işidir:

“Sənətdən qazanmağıma ümidim qalmayan ərəfədə biznes qurdum. Ailəyə mən baxıram. Toylarım da olur, amma prodüserlər onu burmasa, mənə gəlib çatsa.”