🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elektrik qurğularının istismarı üzrə təhlükəsizlik qaydalarına dəyişiklik edilib

Azərbaycan.media xəbər verir ki, Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na dəyişiklik edilib. Dəyişikliyi energetika naziri Pərviz Şahbazov imzalayıb.

Qərara əsasən, elektrik avadanlıqlarının sınaqlarına buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibi dəqiqləşdirilib. Belə ki:

Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə komissiyada V qrupdan aşağı olmayan,

Gərginliyi 1000 V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayan elektrik təhlükəsizliyi mütəxəssisləri iştirak edəcək.

Əvvəlki qaydada isə gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün V qrupdan aşağı, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasa malik mütəxəssislərin cəlb olunması nəzərdə tutulurdu.

Yeni dəyişikliklə “aşağı qrupa malik” anlayışı “aşağı olmayan qrupa malik” ifadəsi ilə əvəz olunub. Bu isə yalnız müvafiq qrupa, eləcə də daha yüksək ixtisasa malik mütəxəssislərin sınaq və qiymətləndirmə prosesinə cəlb olunmasını təmin edir. Nəticədə prosesdə yalnız kifayət qədər ixtisaslı və təcrübəli şəxslər iştirak edəcək.