Azərbaycan.media xəbər verir ki, “Tayms” nəşrinin yazdığına görə, özünü tarixçi hesab edən Vladimir Putin yaxınlaşan əlverişsiz bir tarixi yaxşı anlayır.
Nəşr bildirir ki, yanvarın 12-də Rusiyanın Ukraynanı döyüş meydanında məğlub etməyə çalışdığı gündən 1418 gün tamam olacaq. Bu müddət Qırmızı Ordunun nasist Almaniyasını məğlub etmək üçün sərf etdiyi vaxtla eynidir.
“Tayms” yazır: “Stalinin əsgərləri Volqadan Berlinin mərkəzinə qədər irəliləmişdi, Putinin ordusu isə hələ də Pokrovskda ilişib qalıb və 2022-ci ilin fevralında müharibə başlayandan bəri irəliləyiş minimaldır”.
Bu, Putinin Ukrayna müharibəsində strateji məqsədlərinə çatmaqda ciddi çətinliklərlə üzləşdiyini göstərən tarixi paraleldir.
