🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hikmət Hacıyev: Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə dəstək verib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Times” qəzetinə müsahibəsində Tramp administrasiyasının Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini vurğulayıb.

H.Hacıyev bildirib ki, ABŞ Prezidentinin bu sülh gündəliyinə dərhal verdiyi cavab yüksək qiymətləndirilməli məqamdır. Məqalədə Azərbaycanla Ermənistan arasında sülh quruculuğu, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlar, rəsmi Bakının Rusiya və İsrail ilə münasibətləri diqqət mərkəzində olub.

Prezidentin köməkçisi qeyd edib ki, 907-ci düzəliş sülhə maneə yaradır:
“Hər iki hökumət – Azərbaycan və Ermənistan – sülhü möhkəmləndirmək üçün gərgin iş aparır. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrıseçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər.”

H.Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bildirib və Tramp dövründə istiləşən əlaqələrin hazırkı yanaşmalarla kəskin ziddiyyət təşkil etdiyini vurğulayıb:
“Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.”

O, Tramp administrasiyasının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Xəzər qazının Avropa bazarına çatdırılmasında həlledici rol oynadığını xatırladıb. H.Hacıyev Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrə dəstək verdiyini, neft məhsulları ixracı və taxıl tranzitində imkanlar yaratdığını bildirib:
“Bu simvolik görünə bilər, lakin simvolizmlə yanaşı həqiqətən də mühüm geosiyasi çalarlar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq.”

H.Hacıyev Azərbaycanın dini baxımdan tolerant və qeyri-sabit regionda Qərblə əməkdaşlıq üçün təbii tərəfdaş olduğunu vurğulayıb:
“Bizdə yəhudi, xristian və müsəlman icmaları əsrlərdir ki, yanaşı yaşayırlar. Bu bizim ənənəmiz, kimliyimizdir. Bizim sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və biz Tramp administrasiyasının tam dəstəyinə malikik.”