Azərbaycan.media xəbər verir ki, Gəncə şəhərinin Bağbanlar qəsəbəsində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə 7 yanğınsöndürən avtomobil və çoxsaylı canlı qüvvə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində başlayıb və bir evdən digər iki evə keçib. Yanğın söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxundu: 29