🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib

Azərbaycan.media xəbər verir ki, tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.

Məlumatına görə, telejurnalistin vəfatını onun yaxınları təsdiqləyiblər.

Qeyd edək ki, Nailə Ənvər qızı Əkbərova 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar fəaliyyətinə 1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayan Nailə Əkbərova uzun illər televiziya sahəsində uğurla çalışıb.

Telejurnalist 1997–2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə Türkiyənin “TRT” telekanalında fəaliyyət göstərib.

Nailə Əkbərova “TRT Avaz” kanalında yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı kimi geniş tanınıb. O, eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarından biri kimi də yadda qalıb.