Azərbaycan.media xəbər verir ki, amerikalı sahibkar İlon Mask radikal sol qüvvələrin ABŞ-da hakimiyyətə gəlməsinin ölkə üçün fəlakətli nəticələrə yol aça biləcəyini bildirib.
Mask sosial media hesabında paylaşımında radikal solçuların xüsusilə miqrasiya məsələsinə yanaşmasını tənqid edib. O qeyd edib ki, bu qüvvələrin qələbəsi ABŞ-ın sonu demək olacaq.
“Əgər radikal solçular qalib gələrsə, Amerika bitəcək. Onlar qanunsuz immiqrasiya və saxtakarlıq üçün qapıları açacaqlar. Artıq Amerika olmayacaq”, – deyə Mask vurğulayıb.
Mask bu açıqlamanı noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində ABŞ Prezidenti Donald Trampın mövqeyini gücləndirmək məqsədilə Respublikaçı Partiyanın namizədlərinə maliyyə dəstəyi verməsi ilə bağlı yayılan məlumatlara cavab olaraq səsləndirib.
Məlumata görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Tramp ilə Mask arasında münasibətlərin normallaşmasında əsas rol oynayıb. Mənbələr bildirir ki, Maskın ABŞ-da üçüncü siyasi partiya yaratmaq planları Respublikaçılara 2026-cı il Konqres seçkilərində və sonrakı siyasi proseslərdə zərər verə bilər.
