Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur.
Güclü şimal-qərb küləyi əsəcək, axşam saatlarında isə külək tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 1–3° isti, gündüz 3–5° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 75–85 faiz olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti hökm sürəcək, qar yağacağı, ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı ehtimal edilir. Axşam saatlarından etibarən yağıntıların tədricən kəsiləcəyi bildirilib. Gecə və səhər saatlarında arabir duman müşahidə olunacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3–8° isti, dağlıq ərazilərdə isə gecə 3–8° şaxta, gündüz 0–3° şaxta olacaq. Gecə saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
