🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranda etirazlar genişlənir: Prezident məsuliyyəti hökumətin üzərinə qoydu

Azərbaycan.media xəbər verir ki, Tehranda İranın milli valyutasının kəskin ucuzlaşması və dərinləşən iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları ölkənin bir sıra şəhərlərinə yayılıb.

Yaranmış vəziyyətə münasibət bildirən İran Prezidenti Məsud Pazeşkian problemlərin həllində uğurun əsasən düşüncə tərzindən və yanaşmadan asılı olduğunu qeyd edib. O, hökumətin vəzifəsinin effektiv xidmətlər göstərmək, resursları düzgün idarə etmək və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və sosial sahələrdə praktik həllər tapmaqdan ibarət olduğunu vurğulayıb.

Prezident çıxışında məsuliyyətin birbaşa hökumətin üzərinə düşdüyünü bildirərək deyib:
“Əgər insanlar narazıdırsa, bu, bizim günahımızdır. ABŞ-ı və ya başqalarını günahlandırmaq olmaz. Məsuliyyət bizimdir”.