Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp qarşılıqlı dialoqu davam etdirmək barədə dostcasına razılığa gəliblər.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iki ölkə lideri arasında baş tutan telefon danışığını şərh edərkən məlumat verib. Onun sözlərinə görə, söhbət konstruktiv və müsbət atmosferdə keçib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev də Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının pozitiv məcrada baş tutduğunu bəyan edib.
