🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xankəndidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunan bayram konserti keçirilib

Azərbaycan.media xəbər verir ki, dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, şəhərin Zəfər meydanında keçirilən “Qış nağılı” yarmarkası çərçivəsində baş tutan konsert Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə reallaşıb.

Bayram konsertində tanınmış ifaçılar və musiqi kollektivləri çıxış ediblər. Səsləndirilən musiqi nömrələri şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb, mərkəzi meydanda yüksək bayram əhval-ruhiyyəsi yaradıb.

Tədbirin əsas məqsədinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin birlik və həmrəylik ruhunda qeyd olunması, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olduğu qeyd edilib.