🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hacıqabulda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, Hacıqabul rayonunda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi rayonun Meyniman kəndi ərazisində baş verib. “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Murad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Bayramlı Murad Taleh oğlu cərrahi əməliyyata götürülüb. Daha bir zərərçəkənə isə ambulator tibbi yardım göstərilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.