🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bolqarıstanda yeni hökumət təsdiqləndi – Rumen Radev Baş nazir seçildi

Azərbaycan.media xəbər verir ki, Bolqarıstan Xalq Məclisi yeni hökumətin tərkibini təsdiqləyib və “Proqressiv Bolqarıstan” Partiyasının lideri Rumen Radev ölkənin yeni Baş naziri seçilib.
Xarici KİV-in yaydığı məlumata görə, Rumen Radev 2017-2026-cı illərdə Bolqarıstan prezidenti vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında baş nazirin istefasından sonra keçiriləcək seçkilərdə iştirak etmək məqsədilə prezident postundan vaxtından əvvəl ayrılıb.
Radev hakimiyyəti dövründə Ukraynaya hərbi yardım göstərilməsini və Rusiyaya qarşı tətbiq olunan sanksiyaları tənqid edən çıxışları ilə diqqət çəkib.
Qeyd edək ki, Rumen Radev 2017-ci ilin oktyabrında və 2024-cü ilin mayında Azərbaycana rəsmi səfərlər edib, Prezident İlham Əliyev ilə görüşlər keçirib. Səfərlər zamanı o, Azərbaycanı Bolqarıstan üçün “etibarlı tərəfdaş” və “dost ölkə” kimi xarakterizə edib.
Radev həmçinin iki ölkə arasında münasibətlərin dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb.