🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əli Əsədov dövlət torpaqları ilə bağlı yeni qərar verdi

Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov dövlət torpaq sahələrinin normativ qiymətinə dair qaydalarda dəyişiklik edilməsi ilə bağlı yeni qərar imzalayıb.
Dəyişiklik Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə edilib.
Yeni qərara əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisələrin yerləşdiyi dövlət torpaq sahələrinin, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi üçün layihələndirilmiş ərazilərin illik icarə haqqı torpağın bazar dəyərinə uyğun hesablanacaq.
Sənədə görə, Bakı şəhərində illik icarə haqqı torpağın bazar dəyərinin 3 faizi, digər şəhər və rayonlarda isə 2 faizi həcmində müəyyən ediləcək və bu məbləğə müvafiq əmsallar tətbiq olunacaq.