Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün “Bakı Ağ Şəhər” ərazisində olublar.
Dövlət başçısı və ailə üzvləri Palıd meydanı parkında ilk palıd ağacını əkiblər. Bu addım parkın salınması və yaşıllaşdırılması istiqamətində həyata keçirilən işlərin rəmzi başlanğıcı kimi qiymətləndirilir.
Qeyd edək ki, Palıd meydanı parkında gələcək mərhələlərdə çoxlu sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi nəzərdə tutulur. Parkın paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına və sakinlərin istirahəti üçün yeni məkanın formalaşdırılmasına töhfə verməsi planlaşdırılır.




