Azərbaycan.media xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun bu gün ABŞ prezidenti Donald Trampla Floridada keçiriləcək görüşü iki lider arasında, xüsusilə Qəzza məsələsinə yanaşmalar baxımından ciddi sınaq kimi qiymətləndirilir.
Netanyahu Trampın irəli sürdüyü 20 maddəlik “Qəzza sülhü” planının ikinci mərhələsi çərçivəsində İsrail qoşunlarının Qəzzadan çıxarılmasından əvvəl yeni şərtlərin tətbiqində israrlıdır. İddialara əsasən, İsrail tərəfi HƏMAS-ın tam tərksilah edilməsini əsas tələb kimi gündəmə gətirir, eyni zamanda ABŞ-dan İrana qarşı mümkün yeni hücumlar üçün dəstək axtarır.
Qəzet yazır ki, “sülhü siyasi karyerasının mərkəzinə qoyan” Donald Trampla Netanyahunun mövqeləri arasında ciddi toqquşma ehtimalı var.
Qeyd edək ki, Netanyahu–Tramp görüşü Floridanın Palm Biç şəhərində keçiriləcək. Görüşün Bakı vaxtı ilə saat 22:00-da (yerli vaxtla 13:00) başlaması planlaşdırılır.
