Azərbaycan.media xəbər verir ki, Qusar rayonunda kişi meyiti aşkarlanıb. Axar.az-ın Report-a istinadən yaydığı məlumata görə, itkin kimi qeydiyyatda olan Haçatala kənd sakini, 1974-cü il təvəllüdlü Şahtəmir Sədrəddin oğlu Vələdovun meyiti kənd ərazisindəki su arxında tapılıb.
Məlumata görə, mərhumun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Oxundu: 3
